Jorje Jezuş: "Ronaldo ilə razılaşmışdıq, amma..."

Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş Millətlər Liqasının II turunda Norveçlə oyunda (2:1) komandanın kapitanı Kriştiano Ronalduno meydana buraxmamaq qərarına aydınlıq gətirib.

Newsport.az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.

"O, meydana çıxmadı. Onu təxminən yarım saatlıq oynatmağı düşünürdüm, lakin sonra oyun öz şərtlərini diqtə etməyə başladı. Onu mübarizəyə daxil etmək üçün doğru məqam olmadığını düşündüm. Qarşıda daha iki oyun var, lakin bu, onu fiziki cəhətdən qorumaq məqsədi daşımırdı, çünki o, istədiyim qədər oynamağa hazır idi. Bu, mənim qərarım idi", - deyə Jezuş bildirib.

Mütəxəssis 41 yaşlı hücumçu ilə oyun vaxtı barədə razılığa gəldiyini, lakin qarşılaşmanın gedişatının dəyişikliklərə səbəb olduğunu əlavə edib:

"Bunun ideal məqam olduğunu düşünmədim, mənə fərqli xüsusiyyətlərə malik oyunçu lazım idi, lakin bu, onun heyətdən düşməsi mənasına gəlmir, əksinə. Ola bilsin ki, növbəti Danimarka ilə oyunda çıxış etsin. Hamı bərabərdir. Mən hətta Ronaldo ilə son yarım saat üçün razılaşmışdım: "Səni meydana buraxacağam", lakin oyunun axarı bunu tələb etmədi.

Qonsalo Ramos yaxşı çıxış edirdi, qol vurdu, daha bir qolu isə ləğv edildi və mən Ramosu əvəzləmək vaxtı olmadığını hiss etdim. Vaxt keçirdi və artıq məqam Kriştianonun daxil olması üçün deyil, balansı təmin etmək və nəticəni qorumaq üçün başqa bir oyunçunun meydana çıxması üçün idi".

Qeyd edək ki, bu, Portuqaliya millisində son 18 ildə Ronaldonun sifarış vərəqində yer alıb, lakin meydana çıxmadığı ilk rəsmi oyun olub. Sonuncu dəfə belə bir hal AVRO-2008-də yaşanmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right