Rəşad Eyubov: “Nəriman özünü əsl peşəkar kimi aparır”

Azərbaycanın U-21 millisi 2027-ci il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
 
Newsport.az xəbər verir ki, yığmamız Masazırdakı “Bank Respublika Arena”da Çexiyanın U-21 millisini qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Oyundan sonra Azərbaycan U-21 millisinin baş məşqçisi Rəşad Eyubov jurnalistlər üçün keçirilən brifinqdə komandasının çıxışını dəyərləndirib.
O, əldə olunan nəticədən razı qaldığını bildirib:
 
“Hiss edirdim ki, uşaqlara çətin idi. Əsas odur ki, yaxşı nəticə qazandıq. Bu oyun bizim üçün tam fərqli oldu. Buna görə də xoşbəxtik. Proqnoz verməyi xoşlamıram, qarşıdakı oyunlara hazırlaşmalıyıq. Tariximizdə ən çox – 9 xal yığmışıq. Hədəfimiz bu nəticəni yaxşılaşdırmaqdır.
 
Nəriman Axundzadədən tam razı qaldım. Özünü əsl peşəkar kimi aparır”.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right