Argentina millisinin baş məşqçisi Lionel Skaloni yeni müqavilə imzalamağa yaxındır.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssisin yeni sözləşməsinin vaxtı 2030-cu il dünya çempionatına qədər qüvvədə olacaq.
Skaloninin Argentina millisi ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin dekabrında başa çatır. Onun rəhbərliyi altında komanda 2022-ci il dünya çempionatını və iki dəfə Amerika kubokunu qazanıb.
Şimali Amerikada keçirilən son dünya çempionatında Argentina millisi finalda İspaniya yığmasına 0:1 hesabı ilə məğlub olub.