İtaliya millisinin 10 üzvü Türkiyəyə qarşı oynamayacaq

İtaliya millisinin baş məşqçisi Roberto Mançini milli komandanın 10 oyunçusunu Coverçanodakı məşq bazasında saxlayıb.

Newsport.az xəbər verir ki, onlar komanda ilə birlikdə sentyabrın 28-də keçiriləcək Millətlər Liqasının II turunun Türkiyə millisinə qarşı matçı üçün Bursaya getməyiblər.

​İtaliyada qalan futbolçuların siyahısına aşağıdakılar daxildir: Nikolo Barella, Canluka Mançini, Daniel Maldini, Samuuele Riççi, Onest Ahanor, Dieqo Koppola, Samuuele İnaçio, Eddi Kuadio, Massimo Pessina və Məhəmməd Əli Zoma.

​Bu futbolçular üçün xüsusi məşq proqramı təşkil edilib. Onlarla birlikdə bazada texniki heyətin bir hissəsi, eləcə də həkimlər və fizioterapevstlər işləyəcəklər.

​Bu qərar fiziki yüklənmələrin optimallaşdırılması məqsədilə qəbul edilib. Mançini uçuş səbəbindən heyətin bir hissəsinin həddən artıq yorulmasının qarşısını almağa və turnirin sıx qrafiki üçün oyunçuların gücünü qorumağa çalışır. Bursadakı oyundan sonra italyanları Parisdə Fransa ilə səfər matçı (2 oktyabr), oktyabrın 5-də isə komandanı Bolonyada Türkiyə millisi ilə oyun gözləyir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right