Azərbaycan cüdoçularıdan 5 medal

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin atletləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Xüsusi Olimpiya Açıq Cüdo Turnirində uğurlu çıxış ediblər.

Newsport.az xəbər verir ki, Azərbaycan komandası yarışda 1 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib.

Kamran Quliyev G-10 divizionunda bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb. Sadiq Nəzirov G-2 divizionunda ikinci, Yusif Nəsirli isə G-7 divizionunda üçüncü olub.

Adilə Niftəliyeva da iki medal qazanıb. O, G-24 divizionunda bürünc, kata yarışında isə gümüş medal əldə edib.

Beləliklə, Azərbaycan komandası turniri ümumilikdə 5 medalla başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right