Xilberto Mora adını Meksika futbolu tarixinə yazdırıb.
Newsport.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi ötən gecə Baltimorda Kolumbiya millisi ilə keçirilən yoldaşlıq oyununda milli komandadakı ilk qolunu vurub.
Gənc futbolçu 62-ci dəqiqədə hesabı bərabərləşdirib (1:1). Bu qol meksikalılara Rafael Markesin baş məşqçi qismində debüt matçında məğlubiyyətdən xilas olmağa imkan verib.
Mora demək olar ki, bir əsrə yaxındır qorunub saxlanılan tarixi rekordu qırıb. 17 yaş 11 ay 12 günlük ikən fərqlənən oyunçu Meksika millisi tarixinin ən gənc qol müəllifi olub. Əvvəllər bu nailiyyət 1930-cu il dünya çempionatında 18 yaşında qol vuran Manuel Rosasa məxsus idi.
Kolumbiyanın qapısına vurulan qol gənc istedadın 2026-cı ildəki ilk tarixi nailiyyəti deyil. Mora artıq yaş rekordlarından ibarət kolleksiya toplamağa imkan tapıb. O, Meksika millisində debüt edən ən gənc oyunçudur. Bu ilin iyun ayında o, dünya çempionatında oynayan ən gənc meksikalı olub. (17 yaşı və 240 gün).