Kloplu Almaniya millisindən antirekord

Almaniya millisinin baş məşqçisi Yurgen Klopp yığmanın tarixində ən pis starta imza atıb.

Newsport.az xəbər verir ki, komanda Millətlər Liqasının II turunda Yunanıstana məğlub olub (0:1).

Sentyabrın 27-də baş tutan qarşılaşmadan əvvəl komanda Y.Kloppun debüt matçında Niderlandla heç-heçə edib (1:1).

O, Almaniya seçməsinin tarixində ilk iki oyunda qələbə qazanmayan üçüncü baş məşqçidir. Lakin Zepp Herberger (1937-ci il) və Helmut Şön (1965-ci il) iki matçda heç-heçə edərək 2 xal topladıqları halda, Y.Kloppun aktivində cəmi 1 xal var.

Qeyd edək ki, Almaniya millisi oktyabrın 1-də Münhendə Millətlər Liqasının III turu çərçivəsində Serbiyaya qarşı oynayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right