Emreli Dadaşova çatdı, Tağızadəni ötdü

Mahir Emreli Azərbaycan millisinin heyətində 7-ci qolunu vurub.

Newsport.az saytının məlumatına görə, 29 yaşlı hücumçu UEFA Millətlər Liqasının qrup mərhələsinin Litva ilə səfər oyununda fərqlənərək komandamıza 1 xal qazandırıb (1:1).

Yığmanın heyətində 63-cü oyununda 7-ci qolunu vuran Emreli bununla aktivində 6 qol olan Zaur Tağızadəni geridə qoyub. Hazırda o, milli tarixinin ən məhsuldar oyunçuları sırasında 5-ci yeri bölüşür.

Mahirlə yanaşı, Rauf Əliyev, Elvin Məmmədov, Branimir Subaşiç və yığmada çıxışını davam etdirən Renat Dadaşov da 7 dəfə rəqib qapılarına yol tapıblar.

Emreli və ya Dadaşov daha bir dəfə fərqlənsələr, aktivində 8 top olan Dimitri Nazarova çatacaqlar.

Milli tarixinin ən məhsuldar futbolçusu isə Litva ilə qarşılaşmada ehtiyatda qalan Emin Mahmudovdur. Kapitan azarkeşlərimizə 16 dəfə qol sevinci yaşadıb. İkinci sıradakı Qurban Qurbanov 14, il “üçlüy”ü qapayan Vaqif Cavadov 9 qolun müəllifi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right