"Qəbələ" komandasında yeni məşqçi təyinatları olub

"Qəbələ" futbol komandasının məşqçilər korpusuna iki yeni mütəxəssis cəlb olunub.

Newsport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

Baş məşqçi Jeton Bekiriyə Burhan Emurlai və məşqçi-analitik Arvid Bregasi kömək edəcəklər.

Qeyd edək ki, Amil Ağacanov (qapıçılar üzrə məşqçi), Miloş Yevtiç (fiziki hazırlıq üzrə məşqçi) və Manaf Kələntərli (məşqçi-analitik) məşqçilər korpusunda fəaliyyətlərini davam etdirəcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right