Yenə Gəncə, yenə ən çox azarkeş!

Misli Premyer Liqasında 6-cı turun rəsmi protokollarına əsasən, ən çox azarkeş sayı yenə Gəncədə qeydə alınıb. 

Newsport.az-ın xəbərinə görə, "Kəpəz" - "Sumqayıt" matçını stadionda 14 min 500 tamaşaçı izləyib. Bu, turun rekord göstəricisi olub.

Bu göstəricidə ikinci yeri "Turan Tovuz" - "Zirə" matçı tutur - 4000 tamaşaçı. Sonrakı yerlərdə "Qarabağ" - "Şəfa" (1200), "Sabah" - "İmişli" (1150), "Şamaxı" - "Araz Naxçıvan" (1100) matçları qərarlaşıb. Ən az azarkeş isə "Qəbələ" - "Neftçi" oyununa gəlib - 800 nəfər.

Beləliklə, 6-cı tura stadionlarda ümumən 22 min 750 azarkeş baxıb.

Xatırladaq ki, bu mövsüm ən çox azarkeş rekordu da da Gəncəyə məxsusdur. "Kəpəz" - "Şamaxı" oyununu stadionda 15 min tamaşaçı izləyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right