Milli komandamızın hazırlığı davam edir FOTOLAR

Azərbaycan milli komandasının Bakıda təlim-məşq toplanışı davam edir.

Newsport.az xəbər verir ki, yığma hazırlığı hələlik tam olmayan heyətlə keçir.

Bəzi legionerlərin düşərgəyə bu gün qoşulacağı gözlənilir.

Xatırladaq ki, millimiz sentyabrın 23-də Bakıda yoldaşlıq oyunu çərçivəsində Tacikistan yığması ilə qarşılaşacaq.

Futbolçularımız bir neçə gün sonra UEFA Millətlər Liqası çərçivəsində səfərdə Litva (27 sentyabr) və Lixtenşteyn (1 oktyabr) kollektivləri ilə üz-üzə gələcəklər.

Yığmamız həmçinin oktyabrın 4-də Litva seçməsini qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right