İspaniya millisinin baş məşqçisi ilə yeni müqavilə imzalandı

İspaniya Kral Futbol Federasiyası milli komandanın baş məşqçisi Luis de la Fuentenin müqaviləsinin müddətini uzadıb.

Newsport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

65 yaşlı mütəxəssislə 31 iyul tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Luis de la Fuente 2023-cü ilin yayında İspaniya yığmasının baş məşqçisi vəzifəsinə təyin olunub. Komanda onun rəhbərliyi altında Avro-2024 və DÇ-2026-nın qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right