"Neftçi"nin futbolçusu Sessi Dalmeyda Benin millisinə dəvət olunub

"Neftçi"nin futbolçusu Sessi Dalmeyda Afrika Millətlər Kubokunun seçmə mərhələsində mübarizə aparan Benin milli komandasına dəvət olunub.

Bu barədə Newsport.az-a klubun mətbuat xidmətindən bildirilib.

Benin seçməsi sentyabrın 25-də Burkina Faso, 29-da Mavritaniya yığması ilə üz-üzə gələcək. Oktyabrın 6-da isə komanda Argentina ilə yoldaşlıq matçına çıxacaq.

Qeyd edək ki, Sessi Dalmeyda Benin milli komandasının heyətində 46 matça çıxıb və 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right