Türkiyə Super Liqasının altıncı turu başa çatıb.
Newsport.az xəbər verir ki, Nəriman Axundzadənin formasını geyindiyi “Erzurumspor" “Samsunspor”la qarşılaşıb.
Görüş Axundzadənin komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Nəriman bu matçı ehtiyat oyunçular skamyasında keçirib.
"Erzurumspor" hazırda 7 xalla 14-cü yerdədir.