Fərid Quliyev rəsmən Türkiyə klubunda

"Rəvan”dan ayrılan Fərid Quliyevin yeni klubunun adına rəsmən aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, Quliyev karyerasını Türkiyədə davam etdirəcək. 
 
Azərbaycan milli komandasının sabiq üzvü Türkiyə həvəskarlar liqasında mübarizə aparan "Yozqatspor 1959” komandası ilə münasibətlərini rəsmiləşdirib.  Quliyev mövsümün sonunadək Yozqat təmsilçisinin uğurları üçün çalışacaq. 
 
Azərbaycan çempionatının  bombardiri olmuş futbolçu Türkiyə mətbuatına yeni klubu haqında danışıb. Forvard komandasının uğurları üçün əlindən gələni edəcəyini bildirib: "Az da olsa, şəhəri gəzmək imkanım olub. Yaxşı yerdi. İnşallah yeni komandam üçün faydalı olaram. Komandamın uğurları üçün əlimdən gələni etməyə çalışacam. İnşallah, mövsümün sonunda 3-cü liqaya vəsiqəni təmin edəcəyik. ”
 
Qeyd edək ki, Quliyev Azərbaycanın bir neçə iddialı klubunda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right