Türkiyənin "Beşiktaş” klubu daha bir transferini rəsmiləşdirib. Söhbət Ukrayna milli komandasının və "Dnepr”in üzvü Denis Boykodan gedir.
Newsport.az-ın məlumatına görə,İstanbul klubunun rəsmi saytında futbolçu ilə ilkin razılıq əldə edildiyi və klubu ilə rəsmən danışıqlara başlanıldığı bildirilib.
Məlumatda həmçinin Boykonun bu gün İstanbulda olacağı qeyd olunub.
Qeyd edək ki, Boyko karyerası ərzində "Dinamo”, ÇSKA, "Obolon” (hamısı Kiev), "Krivbass” və "Dnepr” kimi klublarda forma geyinib.