Azərbaycan boks yığması Polşa ilə qarşılaşacaq

Kişi boksçulardan ibarət Azərbaycan millisi Polşaya yollanıb.

Newsport.az xəbər verir ki, komanda noyabrın 15-də Krakovda boks gecəsinə qatılacaq. 

Boksçularımız Polşada yerli yığma ilə yoldaşlıq görüşünə çıxacaq. Məşqçilər Etibar Abdullayevlə Ceyhun Əbiyev döyüşlərdə Nicat Hüseynov, Kənan Babayev (hər ikisi 55 kq), Məhəmmədəli Aşurəliyev (60 kq), Malik Həsənov (65 kq), Mehdi Həsənov (70 kq), Şəmsi Şahbazov (75 kq), Surət Qarayev (85 kq), Alfonso Dominqes (90 kq) və Məhəmməd Abdullayevə (+90 kq) şans verəcəklər.

Qeyd edək ki, millimiz Bakıya noyabrın 18-də qayıdacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right