İslandiya millisinin kapitanı: "Azərbaycan yığması ilə matç bizim üçün çətin olacaq"

Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyun İslandiya millisi üçün çətin olacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə komandanın futbolçusu Hakon Arnar Haraldsson mətbuat konfransında deyib.

Kapitan Azərbaycan komandasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Rəqib artıq gücünü artırıb. Sabah bizi çətin matç gözləyir. Düşünürəm ki, meydanda gərgin mübarizə gedəcək".

Qeyd edək ki, Azərbaycan - İslandiya matçı sabah, 8-ci km qəsəbə stadionunda saat 21:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right