Rusiya yığmasının oyununu azərbaycanlı idarə edəcək

Rusiya ilə Peru yığmaları arasında keçiriləcək yoldaşlıq görüşünü Azərbaycandan olan hakimlər briqadası idarə edəcək.

Newsport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Sankt-Peterburqda təşkil olunacaq matçda Kamal Umudlu ədaləti qoruyacaq. Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını yerli Yan Bobrovski yerinə yetirəcək.

Qeyd edək ki, Rusiya – Peru oyunu bu gün baş tutacaq. AFFA-nın bu barədə məlumat yaymaması da çox maraqlıdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right