Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxıb.
Newsport.az xəbər verir ki, D qrupunda yer alan komandamız Polşanın Krakov şəhərində Ukrayna yığmasının qonağı olub. Matç Ukrayna yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Krakoviya” stadionu. Saat 22:45
Baş hakim: Sebastian Gişamer
Baş hakimin köməkçiləri: Roland Riedel, Santino Şreiner
Dördüncü hakim: Valter Altmann
VAR: Manuel Şuettenqruber
AVAR: Kristian-Petru Çiokirça
(Hakimlər briqadası Avstriyadandır)