17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxacaq.
Newsport.az xəbər verir ki, 9-cu qrupda yer alan Aqil Nəbiyevin başçılıq etdiyi millimiz Fransanın Sen-Pol-le-Daks şəhərində İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Matç İsrail yığmasının 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın yeganə qolunu 45+1-ci dəqiqədə Samir Şərifov vurub.
11 oktyabr
20:00. İsrail (U-17) - Azərbaycan (U-17) - 5:1
Baş hakim: Marius Hansen Qrotta (Norveç)
"Park de Sport" stadionu, Sen-Pol-le-Daks