A qrupunda yer alan U-16 Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Newsport.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən görüş Aqil Nəbiyevin yetirmələrinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 53-cü dəqiqədə Tunar Bayramov açıb. 71 və 75-ci dəqiqələrdə Əli Bəşirov dubla imza atıb. Son nöqtəni isə 79-cu dəqiqədə Roman Fərzəli qoyub. Matçın 59-cu dəqiqəsində kapitan Uğur Qurbanlının penalti zərbəsini rəqibin qapıçısı dəf edib.
Keçirdiyi ilk oyunda Tacikistan yığmasını 1:0 hesabı ilə məğlub edən U-16 millimiz 6 xalla qrup birincisi kimi turnirin finalına vəsiqə qazanıb. Həlledici görüş oktyabrın 4-də keçiriləcək.
III MDB Oyunları
A qrupu
1 oktyabr
12:00. Azərbaycan (U-16) - Qırğızıstan (U-16) 4-0
Qollar: Tunar Bayramov, 53 (1-0), Əli Bəşirov, 71 (2-0),75 (3-0), Roman Fərzəli,79 (4-0)