Postekoqlu İngiltərə klubu ilə anlaşıb

“Tottenhem”in sabiq çalışdırıcısı Angelos Postekoqlu karyerasını yenə İngiltərədə davam etdirəcək.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis yaxın günlərdə “Nottingem Forest”in baş məşqçisi təyin olunacaq.

Tərəflər artıq müddəti 2027-ci ilin iyununa qədər nəzərdə tutulan müqavilə üzrə razılığa gəliblər. Avstraliyalı çalışdırıcı tezliklə rəsmi sənədləri imzalayacaq.

“Nottingem Forest” mövsümün ilk üç turundan sonra Premyer Liqada 4 xal toplayaraq, turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right