21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov əsas milli komandanı DÇ-2026-nın seçmə mərhələsinin sabah Ukrayna ilə matçına çıxaracaq.
Newsport.az xəbər verir ki. eyni gündə U-21 də Avropa çempionatının seçmə mərhələsində Bolqarıstanı qəbul edəcək.
Gənclər yığmamız həmin oyunaa Ayxan Abbasovun köməkçisi Elnur Çodarovun rəhbərliyi altında çıxacaq.
Qeyd edək ki, U-21 millimizin oyunu sentyabrın 9-da “Liv Bona Dea Arena”da saat 18:00-da başlayacaq. Əsas millinin matçı isə sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.