Azərbaycan - Ukrayna oyununun hakimləri açıqlandı

Azərbaycan milli komandasının sentyabrın 9-da Ukrayna yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.

Newsport.az AFFA-ya istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək:

9 sentyabr

Azərbaycan - Ukrayna
Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20:00
Baş hakim: Vassilis Fotias
Baş hakimin köməkçiləri: Andreas Meintanas, Mixail Papadakis
Dördüncü hakim: Anastasios Papapetru
VAR hakimləri: Angelos Evangelu, Yoannis Papadopulos
(Hakimlər briqadası Yunanıstandandır)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right