“Şahdağ Qusar”ın baş məşqçisi açıqlandı

Azərbaycan millisinin sabiq futbolçusu Elnur Abdullayevin yeni iş yeri müəyyənləşib.

Newsport.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi I Liqanın debütantı “Şahdağ Qusar” klubunun baş məşqçisi təyin olunub.

Onun köməkçiləri Mehman Səfərov və Əlimirzə Daşzərini olub.

“Şahdağ Qusar” ötən mövsüm II Liqanın qalibi adını qazanıb. Klubun rəhbəri millinin sabiq futbolçusu Rahid Əmirquliyevdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right