"Neftçi" "İmişli" ilə heç-heçə etdi, "Sumqayıt" "Qarabağ"a qalib gəldi Yenilənib

Bu gün Misli Premyer Liqasında 2-ci tur start götürüb.

Newsport.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.

Yarışın debütantı "İmişli" "Neftçi"ni qəbul edib. Görüş 0:0 hesablı bərabərliklə bitib. 

"Ağ-qaralar" ilk turda "Şamaxı" ilə oyunda da heç-heçə etmişdi. Sözügedən matç 1:1 hesabı ilə yekunlaşmışdı. 

Son çempion "Qarabağ" isə evdə "Sumqayıt"la qarşılaşıb. Oyun "kimyaçılar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu, "Qarabağ"ın 2025/26 mövsümü Misli Premyer Liqasında ilk oyunu olub.

Qeyd edək ki, Premyer Liqanın 1-ci turunda "Sabah" - "Qarabağ" matçı Ağdam təmsilçisinin Çempionlar Liqasının pley-off mərhələsinin "Ferensvaroş"la ilk oyuna görə müraciəti əsasında təxirə salınmışdı.

22 avqust (cümə)

19:30. “Qarabağ” – “Sumqayıt” - 0:1

Qol: Ronaldo Vaskez, 72
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
“Azersun Arena”

17:00. “İmişli” – “Neftçi” - 0:0 
Hakimlər
: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Şamaxı şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right