Misli Premyer Liqasının 1-ci turunun "İmişli" - "Turan Tovuz" görüşündə qorxulu anlar yaşanıb.
Newsport.az-ın məlumatına görə, matçın son dəqiqələrində meydan sahiblərinin iki futbolçusu - qapıçı Andrey Sinenka və stoper Dioqo Rollo ciddi xəsarət alıb.
Bir-biri ilə toqquşan komanda yoldaşları başlarından aldığı zədədən yerdə qalıb.
Sinenka oyuna davam edə bilməyibsə, Rollo ağrılar içində matçı başa vurub.
Amma final fitinən sonra hər iki oyunçu təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
