Azərbaycan çempionatlarında ən çox oyun keçirmiş futbolçular açıqlanıb.
Newsport.az xəbər verir ki, siyahını Peşəkar Futbol Liqası tərtib edib.
Sayca 34-cü Azərbaycan çempionatına qədər baş tutan 33 mövsümdə ən çox oyun keçirən futbolçu Rahid Əmirquliyevdir. Ötən mövsüm 2-ci Liqada çıxış edən “Şahdağ Qusar”ın formasını geyinən yarımmüdafiəçi Premyer Liqada 451 matça çıxıb.
Onun kimi Mahmud Qurbanov da “400” səddini keçib. O, 421 oyunda iştirak edib.
İlk “üçlüy”ü Rəşad Sadiqov qapayır. Onun hesabında 392 görüş var.
Ötən mövsüm Premyer Liqada meydana çıxanlar arasında rekordçu Qara Qarayevdir. “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Əmirquliyevin rekordundan 100 oyun geri qalır. “Qəbələ” ilə Premyer Liqaya yüksələn Asif Məmmədov ümumi siyahıda 4-cü yerə şərikdir.
33 mövsümdə ən çox oyun keçirən 33 futbolçu
1
Rahid Əmirquliyev
451
2
Mahmud Qurbanov
421
3
Rəşad Sadiqov
392
4-5
Asif Məmmədov
388
Azər Məmmədov
388
6
Aslan Kərimov
382
7
Rəşad Abdullayev
378
8-9
Elvin Məmmədov
376
Maksim Medvedev
376
10
Vurğun Hüseynov
368
11
Aqil Məmmədov
363
12-13
İsmayıl Məmmədov
351
Qara Qarayev
351
14
Rəşad Sadıqov
343
15
İlkin Qırtımov
339
16
Elnur Abdullayev
334
17
Vüqar Nadirov
332
18
Urfan Abbasov
329
19
Rail Məlikov
328
20
Kənan Kərimov
327
21
Tural Axundov
324
22
Slavik Alxasov
319
23
Nadir Nəbiyev
316
24
Rauf Əliyev
315
25
Mübariz Orucov
311
26
Müşfiq Hüseynov
305
27
Ədəhim Niftəliyev
303
28-30
Arif Daşdəmirov
302
Kamal Quliyev
302
Rəhman Hacıyev
302
31
Mehman Yunusov
298
32
Viktor İqbekoyi
294
33
Aleksandr Çertoqanov
293
Premyer Liqada yeni mövsümə avqustun 15-də start veriləcək.