AFFA-da klub nümayəndələri ilə görüş keçirildi

AFFA-nın Yarışların Təşkili Departamentinin əməkdaşları ilə liqaların 2025/2026-cı illər mövsümündə Bakı və Abşeron zonası üzrə iştirak edəcək komandaların nümayəndələri arasında görüş keçirilib.

Newsport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

AFFA-nın inzibati binasında baş tutan görüşdə liqalarda növbəti mövsümə dair fikir mübadiləsi aparılıb, təkliflər müzakirə olunub. Klublar tərəfindən təqdim olunan təkliflərin nəzərdən keçiriləcəyi, məqsədəuyğun hesab edilənlərin növbəti mövsüm tətbiqi məsələsinə baxılacağı bildirilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right