“Qarabağ”ın növbəti rəqibi bəlli olur

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Tədbir saat 14:00-da başlayacaq. Azərbaycan təmsilçisi “Qarabağ”ın da potensial rəqibi məlum olacaq.

Ağdam təmsilçisinin “Şkendiya” ilə duelinin qalibi “Bodo-Qlimt” (Norveç), “Seltik” (Şotlandiya), “Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka), “Lex” (Polşa) – “Srvena Zvezda” (Serbiya) və ya “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün güclüsünə rəqib olacaq.

“Qarabağ” III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşacaq. İlk oyun avqustun 5-də Skopyedə keçiriləcək. Cavab görüşü isə ayın 12-də Bakıda reallaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right