DÇ-2026-nın püşkü Las-Veqasda atılacaq

2026-cı ildə keçiriləcək Dünya Çempionatının püşkatma mərasiminin vaxtı və məkanı bəlli olub. Bu barədə ESPN məlumat yayıb.

Tədbirinin dekabrın 5-də ABŞ-ın Las-Veqas şəhərində keçiriləcəyi bildirilir. Püşk təxminən 17,5 min tamaşaçının yerləşdiyi dünyanın ən böyük sferik quruluşu olan Sfera zalında atılacaq.

Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək olacaq. Mundiala ABŞ, Kanada və Meksika ev sahibi edəcək. Bu turnirdə ilk dəfə olaraq 48 komanda mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right