"Şelburn"la matçda zədələnən futbolçulardan xəbər var biri ciddi deyil, digəri isə...

"Qarabağ" UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Şelburn"la qarşılaşıb.

Newsport.az xəbər verir ki, Azərbaycan çempionunun futbolçuları - müdafiəçi Dani Bolt və yarımmüdafiəçi Leandro Andrade ikinci hissədə zədələnərək meydanı tərk edib.

Oyunçuların durumunu öyrənmək üçün Ağdam təmsilçisinin mətbuat xidməti ilə əlaqə saxladıq. Klubdan verilən məlumata görə, Andradenin zədəsi ciddi deyil. Dani Boltun durumuna isə tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, "Qarabağ" İrlandiyada keçirilən oyunda "Şelburn"u 3:0 hesabı ilə məğlub edib. Bu komandalar arasındakı cavab görüşü iyulun 30-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right