"Sabah" "Petrokub"a qarşı Yenilənir

Azərbaycan təmsilçisi "Sabah" bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyuna çıxıb.

Newsport.az xəbər verir ki, Valdas Dambrauskasın komandası səfərdə Moldova "Petrokub"u ilə üz-üzə gəlib. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayıb. Oyunu İsraildən olan hakimlər briqadası idarə edir.

 

 

Bu komandalar arasında cavab qarşılaşması iyulun 31-də "Bank Respublika Arena"da keçiriləcək və saat 20:00-da start götürəcək.

Cütün qalibi Avropa Liqasının "Levski" (Sofiya, Bolqarıstan) - "Braqa" (Portuqaliya) cütünün məğlubu ilə görüşəcək.

Konfrans Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyunlar

24 iyul

21:00. "Petrokub" (Moldova) - "Sabah" (Azərbaycan) - 0:2

Qollar: Pavol Şafranko, 82; Kahim Parris, 90+1

Hakimlər: Qal Leiboviç, Omer Barbiro, Yossi Babayoff, Dekel Zino (İsrail)

"Zimbru" stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right