Nazarov seçilmədi, komanda yoldaşı rekord vurdu

Almaniyanın Regionalliqa klubu “Aue”də mövsümün ən yaxşı futbolçusu seçilib.

Newsport.az xəbər verir ki, kapitan Martin Mannel 5-ci dəfə bu ada layiq görülərək, klub rekordunu yeniləyib.

2008-ci ildən “Aue”nin şərəfini qoruyan 37 yaşlı qapıçı azarkeşlər arasında aparılan səsvermədə ən yaxın izləyicisini ikiqat qabaqlayıb.

Maraqlıdır ki, “Aue” tarixində mövsümün ən yaxşısı sorğusunun ən çox qalibləri sırasında Azərbaycan millisinin sabiq üzvü Dimitri Nazarov da var. 2016-2023-cü illərdə bu komandanın şərəfini qorumuş Nazarov 3 dəfə azarkeşlər arasında aparılan sorğuda hamıdan çox səs toplayıb. 35 yaşlı yarımmüdafiəçi 2023-cü ildə keçdiyi “Offenbax”dan isə bu yay ayrılıb və hazırda azad agentdir.

Qeyd edək ki, Dimitri Nazarov “Aue”nin heyətində 200-dən çox oyun keçirib, 48 qol, 21 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right