“Qarabağ” ÇL-də uduzarsa, “Ludoqorets”lə qarşılaşa bilər

UEFA Avropa Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Newsport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri müəyyənləşib.

Ağdam təmsilçisi Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şelburn” səddini keçə bilməsə, mübarizəni Avropa Liqasında davam etdirəcək. “Qarabağ” burada “Riyeka” (Xorvatiya) – “Ludoqorets” (Bolqarıstan) cütünün məğlubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avroliqada 3-cü təsnifat mərhələsinin oyunları 7-14 avqust tarixlərində baş tutacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right