“Qarabağ” Kuaku üçün “Mafra”ya təzminat ödəyib

“Qarabağ”ın yeni transferi Kris Kuakunun Ağdam klubuna keçidinin detalları müəyyənləşib.

Newsport.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin transferi onun sabiq komandası “Mafra”ya da xeyir verib.

Belə ki, Fil Dişi Sahilidən olan orta sahə oyunçusunun “Mafra” ilə müqaviləsi davam edirdi. Lakin komanda Portuqaliyanın 3-cü liqasına düşdüyündən, futbolçu ayrılmaq qərarına gəlib. “Qarabağ”ın maraqlanması isə hər iki tərəf üçün göydəndüşmə olub. Konkret məbləğ açıqlanmasa da, Azərbaycan çempionunun Kuakunun keçidi üçün “Mafra”ya müəyyən təzminat ödədiyi bildirilir.

Qeyd edək ki, Kris Kuaku “Qarabağ”la 2+2 illik müqavilə imzalayıb. Yarımmüdafiəçi ölkə çempionunda 6 nömrəli formanı geyinəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right