“Sabah” Moskva “Dinamo”sunun oyunçusunu istəyir

“Sabah” heyətinə daha bir legioner cəlb etməyə çalışır. Sabah Avropa Liqasında ilk təsnifat mərhələsinni cavab matçına çıxacaq bakılılar Sloveniyadan qayıdan kimi yeni keçidi rəsmiləşdirməlidir.

Newsport.az xəbər verir ki, “bayquşlar” Daniel Lesovoyla maraqlanır. Gələn ilin yayınadək Moskva “Dinamo”suna məxsus olan 27 yaşlı oyunçu ilə danışıqlar başlayıb. İndiyədək keçirdiyi 204 matçda 20 qol, 22 məhsuldar ötürmə ilə yadda qalan rusiyalı Azərbaycana gəlməyə razıdır, qalır “Dinamo” ilə transfer məbləğini razılaşdırmaq.

Lesovoy Kiyev “Dinamo”su və “Zenit”də yetişib. 2020-ci ildə 600 min avroya Tula “Arsenal”ına transfer olunan cnah hücumçusu bir ay sonra 3 qat bahasına Moskva “Dinamo”suna keçib. Paytaxt təmsilçisi onu 2024-cü ilin qışında Hayfa “Makkabi”sinə, ötən yay isə AEL-ə (Limassol) icarəyə verib.Rusiyaya qayıdan futbolçu indi də “Sabah”a keçməyə yaxındır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right