La Liqanın rəhbəri Xavyer Tebas PSJ-nin prezidenti ilə bağlı açıqlama verib.
Newsport.az-ın məlumatına görə, funksioner Paris təmsilçisinin rəhbərliyi barəsində məsələyə belə münasibət bildirib:
"Əl-Xelaifi başqa səviyyədədir! O, hamımızı axmaq hesab edir, hətta yalanlarına inanır. Çox təkəbbürlü insandır! Biz heç kəsi aldatmadan davamlı futbol uğrunda mübarizəyə davam edəcəyik".
Qeyd edək ki, PSJ-nin prezidenti Nasser Əl-Xelaifi "Marca"ya açıqlamasında, "Real"ın Mbappeyə etdiyi təklif bizimkindən daha yüksəkdi" deyərək diqqətləri üzərinə cəlb etmişdi.