Tanınmış məşqçi Leonardo Jardim BƏƏ-yə yollanıb.
Newsport.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, 47 yaşlı məşqçi "Şabab Əl-Əhli"nin baş məşqçisi təyin edilib. Onunla bir illik müqavilə imzalanıb.
Daha çox "Monako"dakı işinə görə tanınan Jardim son olaraq da Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"ı çalışdırıb. Əvvəllər isə portuqaliyalı mütəxəssis "Monako" ilə yanaşı "Olimpiakos", "Beyra Mar" klublarına rəhbərlik edib. O, 2016/2017 mövsümündə "Monako" ilə Fransa çempionluğu yaşayıb və həmin sezonun məşqçisi seçilib.