Aleksandr Lakazett sabiq klubuna qayıdır

"Lion"  "Arsenal" ilə müqaviləsi bitən hucümçu Aleksandr Lakazetti transfer edir.

Newsport.az xəbər verir ki, London klubu tərəfindən müqaviləsi uzadılmayan hücumçu "Lion"a azad agent kimi keçəcək. Xəbərə görə, tərəflər arasında anlaşma əldə olunub. Artıq transferin qısa zamanda rəsmi olaraq açıqlanması gözlənilir. 

Qeyd edək ki, 31 yaşlı forvard "Arsenal"a 2017-ci ilin yayında 50 milyon avro qarşılığında Lion təmsilçisindən transfer olmuşdu. Lakazett "topçular"ın heyətində 226 oyuna çıxıb. O, bu görüşlərdə 78 qol, 34 assistlə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right