UEFA Millətlər Liqasının qrup mərhələsində ikinci turun oyunları keçirilib.
Newsport.az xəbər verir ki, A,B,C və D Liqalarında ümumilikdə 7 qarşılaşma baş tutub.
C Liqasının 3-cü qrupunda yer alan Azərbaycan yığması Belarusla qarşılaşıb. Matçda hesab açılmayıb. Qrupun digər matçında Qazaxıstan səfərdə Slovakiyaya qalib gəlib.
Fransa Xorvatiya səfərindən üç xalla qayıda bilməyib. Matç bərabərliklə başa çatıb. Bu qrupun digər görüşündə Avstriya Danimarkanı qəbul edib. Qonaqlar 2:1 hesablı qələbə ilə vahid liderliyi ələ keçirib.
Millətlər Liqası, II tur
6 iyun
A Liqası
1-ci qrup
Avstriya - Danimarka - 1:2
Qollar: Şlager, 67 - Hoybyerq, 28, Larsen, 84
Xorvatiya - Fransa - 1:1
Qollar: Kramariç, 83 - Rabyo, 52
B Liqası
2-ci qrup
İslandiya - Albaniya - 1:1
Qollar: Torsteinsson, 49 - Seferi, 30
C Liqası
3-cü qrup
Belarus - Azərbaycan - 0:0
Slovakiya - Qazaxıstan - 0:1
Qol: Darabayev, 26
D Liqası
1-ci qrup
Latviya - Lixtenşteyn - 1:0
Qol: Juzinis, 73
Andorra - Moldova - 0:0