"Kalyari"dən ayrılan Eysebio Di Françeskonun yeni klubu müəyyənləşib.
Newsport.az xəbər verir ki, o, "Verona"nın baş məşqçisi təyin olunub. Bu barədə A seriyasının saytı məlumat yayıb. 51 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Di Françesko istefa verən İvaç Yuriçi əvəzləyib.