Baş hakim Portuqaliyadan üzr istədi

Hollandiyalı baş hakim Danni Makkeli DÇ-2022-nin seçmə mərhələsində Kriştiano Ronaldonun uzatma dəqiqələrində Serbiyaya vurduğu təmiz qolu saymadığı üçün üzr istəyib.

Newsport.az-ın məlumatına görə, bu barədə Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş danışıb. 66 yaşlı mütəxəssis Makkelinin matçdan sonra epizodun təkrarına baxdıqdan sonra üzrxahlıq etdiyini bildirib:

"O, hələ meydançada mənə dedi ki, görüntülərə baxacaq və əsas olarsa, üzr istəmək niyyətindədir. Belə də oldu, üzr istədi".

Qeyd edək ki, Serbiya - Portuqaliya matçı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right