Kek yığmamızla keçirəcəkləri matçdan danışdı

Sloveniya millisinin baş məşqçisi Matyaj Kek Azərbaycan yığması ilə keçirəcəkləri yoldaşlıq oyunundan danışıb.

Newsport.az-ın məlumatına görə, 59 yaşlı mütəxəssis Sloveniya Futbol Federasiyasının saytına açıqlamasında  millimizlə matçın vacib olduğunu deyib:

"Qarşıda 3 oyunumuz oluğuna görə geniş heyətə ehtiyacımız var.Hazırkı vəziyyətimizi yaxşılaşdırmalıyıq. Noyabrda keçirəcəyimiz  matçlar bizim üçün yaxşı fürsətdir. Azərbaycana qarşı yoldaşlıq görüşü irəliyə addım baxımından vacibdir. Bu, keyfiyyətli oyunu təmin etmək üçün çox vacibdir. Sürətli hücumlar zamanı hər şey qaydasında olur. Tempi aşağı saldıqda isə problem baş verir".

Qeyd edək ki, Sloveniya - Azərbaycan oyunu 11 noyabrda keçiriləcək. Matç Bakı vaxtı ilə 23:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right