Ermənistan millisinin üzvü Varazdat Aroyanın yalanı üzə çıxıb.
Newsport.az-ın məlumatına görə, bölgədəki vəziyyətlə bağlı Ermənistan ordusuna qoşulmaq və cəbhəyə yollanmaq bəhanəsi ilə Yunanıstanın "Larisa" komandasına keçməkdən imtina edən 28 yaşlı müdafiəçi "Tambov"la razılıq əldə edib. O, yeni klubu ilə 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Varazdat Aroyan son olaraq Rusiyanın “Ural” klubunda forma geyinib.