Çexiya 2-ci divizionunda 2-ci turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, gəncər millimizin üzvü Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya” (Jijkov) öz meydanında "Vysehrad"la qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 3:0.
Fərid də bu görüşün iştirakçısı olub. O, 74-cü dəqiqədə meydana buraxılıb.
Qeyd edək ki, ilk iki turda qalib gələn "Viktoriya" 6 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.