"Şerif" Bakıdakı matçda yubiley qolunu vurdu

Moldovanın "Şerif" klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"a uduzduğu matçda yubiley qolunu vurub.

Newsport.az yerli mətbuata istinadən xəbər verir ki, Tiraspol təmsilçisinin futbolçusu Frank Kastanyedo78-ci dəqiqədə fərqlənərək komandasının avrokuboklarda 100-cü qolunu vurub.

Qeyd edək ki, "Qarabağ" "Şerif"i 2:1 hesabı ilə məğlub edərək ÇL-də III təsnifat mərhələsinə yüksəlib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right