"Milan" İbrahimoviçi razı sala bilmir

"Milan" müqaviləsi başa çatan Zlatan İbrahimoviçlə anlaşa bilməyib.

 

Newsport.az-ın məlumatına görə, İsveçli futbolçu ilə klub arasında danışıqlar uzanır və tərəflər müqaviləni razılaşdıra bilmirlər. İddialara görə, Zlatan "qırımızı-qaralar"dan illik 6 milyon avro maaş istəyib.

 

"Milan" bazar ertəsi yeni mövsümün hazırlığına başlayacaq. 39 yaşlı hücumçu komandanın düşərgəsinə hələ ki qatılmayacaq.

 

İbrahimoviç ötən mövsüm "Milan"da keçirdiyi 20 oyunda 11 qol vurub, 5 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right