Şimali Makedoniya çempionatında 3-cü turun oyunları keçirilir.
Newsport.az xəbər verir ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Sumqayıt"ın rəqibi olan "Şkendiya" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Makedoniya GP” ilə qarşılaşıb. “Sumqayıt”ın rəqibi bu oyundan qalib ayrılıb – 1:0. Yeganə qolu 86-cı dəqiqədə penaltidən dəqiq yararlanan Besart İbraimi vurub.